Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi ilə birgə Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Gəncliyin seçimi – müstəqillik" adlı sərginin açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, mərasimdə muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayev, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov, Azərbaycan Rəssamlar İttifaqının şöbə müdiri, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycanın müstəqillik tarixindən danışıblar. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub. Bu mühüm sənədlə Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub. 1994-cü ilin 15 oktyabr tarixindən etibarən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 18 oktyabr Milli Müstəqillik Günü kimi qeyd olunur.
Sonra sərgi haqqında məlumat verilib. Bildirilib ki, sərgiyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 60 əsəri çıxarılıb.
Çıxışlardan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nümayiş olunub.
Sonda sərginin açılışını bildirən qırmızı lent kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB