Gəncə Lokomotiv Deposunda yeniliklər var FOTO

Gəncə Lokomotiv Deposunda yeniliklər var FOTO

Ölkənin bütün dəmiyolu sektorunda olduğu kimi Gəncə Lokomotiv Deposunda da işlərin günün tələbləri səviyyəsində qurulması istiqamətində bir sıra önəmli addımlar atılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dəmiryolçuların peşə bayramı münasibəti ilə suallarımızı cavablandıran qurumun rəisi İslam Əsgərovun verdiyi məlumata əsasən rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların icrası tam olaraq yerinə yetirilməkdədir. Yeniliklər var və bu yeniliklər davam etdiriləcək islahatlar yeniliklər deponun bütün sektorunu əhatə edib. Məsələ burasındadır ki istər işçilərin rifah halının yaxşılaşdırılması, istər peşəkar mütəxəssislərin cəlb olunması bu gün əsas proritetlərdən hesab olunur. Məqsəd isə odur ki, göstərilən etimad özünü doğrultsun.

Hazırda Gəncə Lokomotiv Deposunda 16 teplovoz və 20-dən artıq elektrovoz var. Bu texnikaların əksəriyyəti sovet istehsalı olsa da yaxın dönəmdə daha müasirləri ilə yenilənməsi də nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə