Nizami Cəfərov uğursuz alınan seriallarımızla bağlı təklif verdi AÇIQLAMA

“Seriallarla pul ayırılırsa, bu işə peşəkar yazıçılar cəlb olunmalı və onlara da vəsait ayrılmalıdır”
Nizami Cəfərov uğursuz alınan seriallarımızla bağlı təklif verdi AÇIQLAMA

"Heç şübhəsiz ki, xalqımıza seriallar da lazımdır. Çoxlu mövzular var. Ailə problemlərindən tutmuş, narkomaniyaya qədər. Serialların sujeti üçün bəşəri, koloritli mövzular həmişə var. Amma bu sahəyə maliyyə ayrılıbsa, həm də peşəkar yazıçılar cəlb olunmalıdır. Peşəkar yazıçılar üçün də vəsait ayrılmalıdır. Bəzən bu iş bu sahədə ilk dəfə təcrübə keçənlərə, sadəcə gənclərə həvalə olunur. Buna görə də seriallarımız uğursuz alınır".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Azərbaycan televiziyalarında çəkilən serialların uğursuz alınmasından danışan N.Cəfərov onu da qeyd edib ki, seriallarımızda kompozisiya-sujet və konpaktlıq çox zəifdir: "Halbuki hər bir serialın ideyası olmalıdır. Müasirlik güclü olmalıdır. Bəzən millilik adına həddindən artıq etnoqrafik yanaşırlar. Eyni zamanda seriallarımızda texniki peəşəkarlıq yüksək səviyyədə olmalıdır. Yaxşı aktyorlar da var, amma çox deyil. Aktyorlarda oynamaq üçün emosiya, hissiyat, obrazı yaşaya bilmək qabiliyyəti olmalıdır. Ümumiyyətlə, seriallarımızla bağlı ciddi müzakirələr aparılmalıdır. Bu çox mürəkkb işdir".

Bütün xəbərlər Facebook səhifəmizdə