“Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılıb

“Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Fotolimp" adlı foto-müsabiqənin icrasına başlanılıb.

Fonddan SİA-ya bildiriblər ki, bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda fotoşəkillər qəbul olunacaq. Fotoşəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəllifləri iştirakçı statusu qazanacaq.

14-29 yaş arası peşəkar fotoqraflar və həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə müsabiqəyə qatıla bilərlər. Fotolar rəngli, eləcə də ağ-qara ola bilər.

Daha ətraflı məlumatı http://youthfoundation.az/fotolimp-foto-musabiq%C9%99sin%C9%99-start-verildi/ ünvanından öyrənmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə