Atom Elektrik Stansiyalarının (AES) fəaliyyət göstərməsi üçün ən önəmli amil təhlükəsizlikdir, əks halda regionda yüz illər boyu aradan qaldırılması mümkün olmayan fəlakətlər baş verə bilər. Bakıda nüvə tədqiqatları konfransına qatılan əcnəbi alimlər region üçün təhlükəli olan, Ermənistandakı "Metsamor" AES barədə fikirlərini belə izah edirlər.
Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun direktoru deyir ki, müasir texnikanın köməyi ilə "Metsamor" barədə dəqiq və qəti qərar vermək mümkündür.
Qeyd edək ki, Ermənistanın "Metsamor" AES-i 1976-cı ildə inşa edilib. Stansiya dünyanın ən etibarsız reaktorlarından biridir. Avropa Birliyi isə köhnə olması və seysmoloji ərazidə yerləşməsi səbəbindən stansiyanın bağlanması barədə rəy verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB