YAP Göygöl rayon təşkilatında Dövlət Müstəqillik günü qeyd olunub FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşəbbüsü ilə Su kanal ərazi ilk partiya təşkilatının akt zalında 18 oktyabr- Dövlət Müstəqillik günü ilə əlaqədar iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi Zamir Hüseynov və ərazi İlk partiya təşkilatının YAP üzvləri iştirak ediblər.
Dövlət Müstəqilliyi Gününə həsr edilən iclas ərazi ilk partiya təşkilatının sədri Əhmədov Natiq Məmməd oğlu tərəfindən açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Natiq Əhmədov dövlətimizin müstəqillik tarixinə nəzər salıb. O bildirib ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da dövlətimiz öz inkişaf yoluna qədəm qoyub.
İclasda çıxış edən Zamir Hüseynov bildirdi ki, xalqımız əsrlər boyu müstəqillik qazanmaq arzusunda olsa da bu arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb: "Bu istiqlal və azadlıq bizə heç də ucuz başa gəlməyib. Müstəqil dövlət qurmaq xoşbəxtliyi xalqımıza yalnız güclü şəxsiyyət, qüdrətli lider Heydər Əliyevin fədakarlığı nəticəsində qismət olub. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib".
Çıxış edənlərdən ərazi ilk partiya təşkilatın sədr müavini Amaliya Məmmədova Azərbaycan Respublikasının müstəqillik tarixindən danışıb:"İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaraq, gələcək nəsillərə ərmağan olacaq!"
İclasın sonunda bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB