Milli Məclisin komitə sədri sığınacaq mərkəzində olub

Milli Məclisin komitə sədri sığınacaq mərkəzində olub

Milli Məclisin Ailə Qadın və Uşaq məsələləri üzrə Komitəsinin sədri Aqiyə Naxçıvanlı "Təmiz Dünya" İctimai Birliyinin sığınacaq Mərkəzində olub. SİA-nın verdiyi məlumata görə, deputat sığınacaq mərkəzində olan uşaqlar və qadınlarla görüşüb, onlarınla söhbət edərək problemləri ilə yaxından tanış olub.

O, sığınacağın rəhbəri Mehriban Zeynalova ilə söhbətində mərkəzə müraciət edənlərin və müvəqqəti yaşayanların sosial problemləri ilə maraqlanıb. Görüşdə həmçinin ailədaxili münaqışələrin yaranma səbəbləri və onların aradan qaldırılması məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə