Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "Iveco" markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
SİA-nın məlumatına görə, idarənin "Qoşa Təpə" gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB