AMEA-da BNTİ Günləri ilə əlaqədar tədbir keçirilib SƏS TV

AMEA-da BNTİ Günləri ilə əlaqədar tədbir keçirilib SƏS TV

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın 25 illiyinə həsr olunmuş BNTİ Günləri ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurum ilə BNTİ arasında əməkdaşlıqdan danışıb. Nüvə tədqiqatları sahəsində sözügedən təşkilatın təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu deyən Akif Əlizadə ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib. Akademik vurğulayıb ki, BNTİ-nin 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın 25 illiyinə həsr olunmuş BNTİ Günləri ilə əlaqədar AMEA-da keçiriləcək tədbirlər oktyabrın 14-dək davam edəcək. Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. BNTİ-nin laboratoriyalarında öz sözünü demiş alimlərlə yanaşı, gənc mütəxəssislərin də çalışdığını deyən akademik gənclərin müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçdiklərini bildirib. Viktor Matveyev üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu əlavə edib. Daha sonra Viktor Matveyev təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə