Dəmir yolu nəqliyyatı işçiləri təltif edilib

Dəmir yolu nəqliyyatı işçiləri təltif edilib

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup dəmiryolçunun təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən bir nəfər "Şöhrət" ordeni, 16 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

Həmçinin Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə 3 nəfərə "Əməkdar mühəndis" fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə