Aşura günü münasibətilə Azərbaycanda keçirilən qanvermə aksiyası davam edir. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva SİA-ya açıqlamasında bildirib ki, hazırkı saata qədər Azərbaycanın bölgələrində və paytaxtda ümumillikdə 4089 tərəfindən qan verilib.
Onun sözlərinə görə, 1840 litr qan yığılıb.
Qanvermə aksiyasının ən fəal olduğu məscidlərin adını açıqlayan institut direktoru söyləyib ki, "Təzəpir" və Mir Mövsüm Ağa məscidlərində aktivlik digələrinə nisbətən daha çoxdur.
Xatırladaq ki, hər il olduğu kimi bu ildə Aşura münasibətilə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. Qanvermə aksiyası 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB