Nizami Cəfərov Əflatun Amaşovun təklifinə dəstək verdi AÇIQLAMA!

Nizami Cəfərov Əflatun Amaşovun təklifinə dəstək verdi AÇIQLAMA!

"Hesab edirəm ki, xəbər saytlarının maliyyələşməsi bu sahənin inkişafı, formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Mən də tərəfdarıyam ki, xəbər saytları maliyyələşsin. Lakin bu məsələdə kifayət qədər ehtiyatlı olmaq lazımdır ki, dövlətin yardımından məhz əsl peşəkar, ciddiliyi heç bir şübhə doğurmayan xəbər saytları yararlana bilsinlər".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bu gün internet medianın inkişafı göz qabağındadır: "Bununla belə, bu sahədə də çatışmayan xeyli məsələlər var. Məsələn, reketçiliklə, şantajla, qeyri-ciddi xəbər yayımı ilə məşğul olan xəbər saytlarının bu imkandan yararlanması yolverilməzdir. Düşünürəm ki, maliyyələşmənin özü bu sahəyə xeyli ciddilik gətirəcək. Ancaq bir daha demək istəyirəm ki, kriteriyalar düzgün müəyyənləşdirilməlidir ki, milli maraqlarımıza xidmət edən saytlar bu imkandan yararlansınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə