Şəmkir nümayəndə heyəti Belarusda olub

Şəmkir nümayəndə heyəti Belarusda olub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondan olan nümayəndə heyəti ölkəmizin Belarusdakı səfirliyində görüş keçirib. SİA-ya səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə, səfirliyin əməkdaşı Zülfüqar Tanrıverdi, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov iştirak ediblər.

Görüşdə qeyd edilib ki, "Şəmkir Gənclər Paytaxtı-2016"cı ili çərçivəsində Belarusun Nesvij şəhəri ilə Şəmkir rayonu arasında imzalanmış əməkdaşlıq memorandumunun davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Qonaqlar, həmçinin Minsk şəhəri haqqında öz təəssüratlarını bölüşüblər.

Xatırladaq ki, səfər oktaybrın 16-dək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə