Akif Aşırlı seriallarımızdan danışdı AÇIQLAMA!

Akif Aşırlı seriallarımızdan danışdı AÇIQLAMA!

"Ümumiyyətlə, mən bizim televiziların çəkdiyi seriallara baxmıram. Bunlar mənasız və sujet xətti olmayan seriallardır".

Bu fikirləri SİA-ya açıqlamasında "Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlı bildirib.

Azərbaycan televiziyalarında çəkilən seriallarda Azərbaycan ədəbi dil qaydalarının gözlənilmədiyini diqqətə çatdıran A.Aşırlı qeyd edib ki, bu serialların sujeti bəlli deyil: "Çünki qeyri-peşəkar adamlar tərəfindən çəkilir. Dövlət tərəfindən vəsait ayrıldı ki, insanlarımızın seriallara olan tələbatı ödənsin və xarici seriallara baxanların sayı azalsın. Ancaq qeyri-peşəkarlıq ucbatından bu tələbat ödənilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə