Şeyxülislam və Komitə sədri qan verdi FOTOLAR-Son dəqiqə

Şeyxülislam və Komitə sədri qan verdi FOTOLAR-Son dəqiqə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edib. SIA-nın məlumatına görə, Allahşükür Paşazadə ilə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, millət vəkili Hüseynbala Mirələmov və digərləri iştirak ediblər. Hazırda qanvermə aksiyası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə