ARGTMŞ Gənclər Evində Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclası baş tutub. Keçirilən iclasda MNTK üzvü olan "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Pərvin Piriyev, "Gənc Novatorlar" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayev, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyinin məsləhət şurasının üzvü Nigar İbrahimova və "Gənclərin Antinarkomaniya" İctimai Birliyinin sədr müavini Qalib Kazımlı iştirak edib.
SİA-nın məlumatına görə, Milli Şuranın sədri Seymur Hüseynov iclası açıq elan edib. Öz çıxışında hesabat dövrü ilə bağlı məlumat verərək, keçirilən və planlaşdırılan layihələr barədə söz açıb. Daha sonra iclasın gündəliyinə əsaslanaraq MNTK sədrliyi üçün Milli Şuranın üzvü olan "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri və MNTK üzvü Pərvin Piriyevin namizədliyi irəli sürülüb və o, yekdiliklə MNTK-nın sədri seçilib.
İclasın davamı olaraq Seymur Hüseynov fəaliyyət dövründə keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib. ARGTMŞ-ın sədrin çıxışından sonra iclas nümayəndələrin iştirakı ilə cari il üzrə keçirilən layihələrin maliyyə məsələlərinə baxılıb və MNTK üzvləri tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qurultay zamanı 5 nəfərdən ibarət heyətlə 2 il müddətində seçilir. MNTK-ın vəzifələri Milli Şuranın maliyyə-təsərufat və Əsasnamə vəzifələrin vəzifələrin həyata keçirilməsində nəzarət edir. Məslisin tələbi ilə Milli Şuranın strukturlar və rəhbər şəxslər fəaliyyəti ilə bağlı təftiş aparır və Məclis zamanı hesabat verir.
Xatırladaq ki, 2016-cı ilin may ayının 26-da ARGTMŞ-ın Hesabat-Seçki Qurultayı baş tutub. Qurultay zamanı ARGTMŞ-ın keçmiş baş katibi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov ARGTMŞ-ın sədri seçilib. Həmçinin, Azərbaycan Skautlar Assosiyasının sədri İlyas İsmayıllı və "Gələcəyə Körpü" İctimai Birliyinin fəal üzvü Aysun Zeynalova sədr müavinləri seçilib. Daha sonra, ARGTMŞ-ın İdarə Heyəti və Mərkəzi-Təftiş Komissiyasının üzvləri müəyyən olunub. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilat ölkənin ictimai-siyasi həyatın da yaxından iştirak edən 114 gənclər təşkilatı, 100 minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə "3G" (Gənclər) strategiyasını qəbul edib. "3G" strategiyası özündə 3 əsas prioritet – gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclər təşkilatları institutlarının gücləndirilməsi istiqaməti birləşdirir və gənclərə yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB