Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında 1000 nəfər qan verib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva saat 10 dan sonraya olan rəqəmləri açıqlayarkən deyib.
Onun sözlərinə görə, qanvermə aksiyası axşam saat 20:00-dək davam edəcək. Ötən il aksiyada ümumilikdə 5300 nəfərdən çox insanın iştirak etdiyini deyən institut direktoru qeyd edib ki, əsas say deyil, niyyətdir: "Donorlardan 400 qram qan götürülür. Amma bu qan bir neçə hissəyə ayrılır. Bir nəfər qan verməklə bir neçə insana kömək etmiş olur".
Z.Əlimirzəyeva əlavə edib ki, ümumiyyətlə dünyada 85 faiz insanın qanı müsbət, 15 faiz insanın isə qanı mənfi resursludur: "Bu baxımdan mənfi qana daha çox ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB