“Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər”
Bakı Dövlət Universitetində (BDU) "Ulus" Fondunun BDU-nun jurnalistika fakültəsi ilə birgə təşkil etdiyi "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər" mövzusunda konfrans öz işinə başlayıb. BDU-dan bildiriblər ki, Türkiyə və İrandan, həmçinin MDB ölkələrindən olan media nümayəndələrinin qatıldıqları tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov beynəlxalq mediada ölkəmizin maraqlarının müdafiəsinin, xalqımızın milli mənəvi dəyərlərinin geniş işıqlandırılmasının əhəmiyyətindən danışıb.
BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən, professor Cahangir Məmmədli dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan mövzusunun işıqlandırılması məsələlərindən söz açıb. Bildirilib ki, vahid informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması ölkə mediasının prioritetlərindəndir.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və digər çıxış edənlər Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB