“Təbiət bizim evimizdir” FOTOLAR

“Təbiət bizim evimizdir” FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mayliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Hacıyeva Ayselin rəhbəri olduğu "Təbiət bizim evimizdir" adlı layihə başa çatıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində iştirakçılara 3 gün ərzində eokoloji maarifləndirilmə təlimləri keçirilib.

Tədbirlərin əsas mahiyyəti gənclərə ətraf mühiti məişət tullantılarından qorunmasına və ekoloji biliklərinin artırılmasına yönəltməkdir. 3 gün davam edən tədbirlərdə 50 nəfərdən artıq gənc iştirak edib. Tədbirlər Şəki şəhəri, Qəbələ və İsmayıllı rayonlarında həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə