Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata kecirilən "Gəlincik" adlı layihənin bağlanış mərasimi həyata keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib, layihənin məqsədini və layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları salamlayaraq erkən nigahların hüquqi cəhətdən də yol verilməz olduğunu, erkən nigahlarla bağlı maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirlməsinin vacib olduğunu vurğulayıb. Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırıldı və tədbir ümumi müzakirə formatında davam edib. Layihə ərzində əldə olunana bilikləri gələcək işlərində tətbiq etmələri iştirakçılara tövsiyyə edilib.
Sonda isə istirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB