Mobil telefonlar aşkar edildi

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. SİA-nın məlumatına görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd "Samsung Galaxy Grand Prime" markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə