Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə millət vəkili, "Böyük İpək yolu" Beynəlxalq Gənclər Təşkilatının sədri Fuad Muradovla görüşüb. SİA-ya Misir səfirliyindən verilən məlumata görə, görüşdə F. Muradov təşkilatın yaranması, fəaliyyəti, Böyük İpək Yolu ölkələrində keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının fəaliyyətini
yaxından izlədiyini vurğulayıb. Bundan başqa, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi işlər barədə məlumat verib. Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, Misir gənclər təşkilatları ilə əməkdaşlıq haqqında təkliflər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB