AMEA ilə Thomson Reuters təşkilatı arasında sənəd imzalanıb FOTOLAR

AMEA ilə Thomson Reuters təşkilatı arasında sənəd imzalanıb FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Thomson Reuters təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. SIA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, imzalanacaq müqavilə elmə töhfə vermək məqsədi daşıyır. Onun sözlərinə görə, Thomson Reuters təşkilatı dünyanın bir çox ölkəsində 100 ildən artıqdır ki, elmə diqqət ayırır.

BIr müddət öncə təşkilatla Təhsil Nazirliyi arasında sənədin imzalandığını xatırladan A.Əlizadə təşkilatın elmlə bağlı fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra təşkilatın Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə Olan Bazarlar üzrə baş direktoru Viji Krişnan çıxış edərək qeyd edib ki, təşkilat Qazaxıstan, Türkiyə Çin və digər ölkələrlə sənəd imzalayıb. O bildirib ki imzalanan sənədə əsasən Azərbaycan məlumat bazasından 2017-ci ildən istifadə edə biləcək: "Müqaviləni imzalamaqda əsas məqsəd Azərbaycan Prezidentinin də söylədiyi kimj insan kapitalının inkişaf etdirməsinə yönəltməkdir.

Biz var qüvvəmizlə çalışacağıq ki Azərbaycan 20 milyon istifadəçisi olan "Web Of Science" məlumat bazasından yararlana bilsin. Bizim üçün əməkdaşlıq mühüm mərhələdir". Tədbirin sonunda hər iki qurum arasında əməkdaşlıq müaviləsi imzalanıb. Müqavilə 3 dildə azərbaycan, rus ingilis dilində imzalanıb. Sənədi AMEA-nın prezidenti Akif Əlizadə və təşkilatın Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə Olan Bazarlar üzrə baş direktoru Viji Krişnan imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə