YAP GB-də “Təhsil millətin gələcəyidir” layihəsinə start verilib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkilati dəstəyi ilə "Təhsil millətin gələcəyidir" layihəsinə start verilib. SİA-ya daxil olan məlumata görə, layihə çərçivəsində gənclərin təhsilə maraqlarının artırılması, elmi, bədii qiraət və s. amillər ətrafında geniş müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədova təhsilin önəmini və bu layihənin gənclərin kitaba, elmə və təhsilə olan marağının artırtmasına stimul verəcəyini qeyd edib və bildirib ki, bu kimi layihələrin mütəmadi keçirilməsi öz müsbət təsirlərini göstərir.
Sonra isə "Təhsil millətin gələcəyidir" layihəsinin rəhbəri, YAP GB-nin fəalı Tural Bayramlı layihə haqqında ümumi məlumat verib. O, layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.
Tədbir maraqlı diskusiya və müzakirələr şəraitində başa çatdırılıb.
.jpg)
.jpg)
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB