Çində bina uçdu 17 ölü

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində dörd yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb. RİA Novosti agentliyi xəbər verir ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, uçan evlər altımərtəbəli qanunsuz tikililər olub. Yeni qurbanların qarşısını almaq məqsədilə yaxınlıqdakı altı ev də uçurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə