Daha iki kəndə qaz verildi

Bu gün Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Salyan rayonunda keçirilən mərasimdə bildirilmişdir ki, 233 abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağdaş rayonunun 321 abonentlik Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə