Gəncədə Aşura ayı çərçivəsində "Qan ver yaşat" adlı aksiyaya start verilib. Bununla bağlı artıq yerlər də ayrılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aksiya İmamzadə dini kompleksində, Şah Abbas məscidində və Mərkəzi Qan Bankının Gəncə bölməsində təşkil ediləcək. Bunun üçün bölmədə tədbirlər planı hazırlanıb və 3 tibb briqadası təyin olunub. Briqadalar həmin gün səhər saat 09:00-dan axşam saat 18:00-ə kimi iş başında olacaq.
Həkimlərin sözlərinə görə, ümumilikdə qanvermə insan sağlamlığı üçün faydalıdır və üç aydan bir qan vermək bəzi xəstəliklərin qarşısını alır. 18-65 yaş arası hər bir sağlam şəxs qan verə bilər. Müraciətlər çox olsa, digər günlərdə də aksiya keçiriləcək. Mərkəzi Qan Bankının Gəncə bölməsində 92 nəfər talassemiya və 61 nəfər hemofiliya xəstəsi qeydiyyatdadır.
Qeyd edək ki, ilin əvvəlindən Gəncədə 3 kütləvi qanvermə aksiyası keçirilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB