Bölgələrdə sel və daşqınlara qarşı tədbir görülür FOTO

Bölgələrdə sel və daşqınlara qarşı tədbir görülür FOTO

Payız-qış mövsümünün gəlişi ilə bağlı sel təhlükəsinin aradan qaldırılması istiqamətində Göygöl rayonunda artıq geniş tədbirlərə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məqsədlə Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən dağ çaylarının keçdiyi ərazilərdə bəndsalma işləri aparılır. Ərəbli adlanan su kanalında bu işlər artıq yekunlaşdırılmaq üzrədir. Ümumiyyətlə rayonda əkin sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə bir sıra önəmli işlər görülüb. Suvarmaya ehtiyacı olan ərazilərdə yeni subartezian quyuları qazılıb və bu proses bu gün də davam etdirilir. Bundan əlavə su nasoslarının təmirinə də geniş yer ayrılıb.

Qeyd edək ki, gün ərzində bu işlərin həyata keçirilməsi üçün xüsusi işçi qrupu ayrılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə