Almaniyalı nazir Barbara Hendricks və İran prezidentinin köməkçisi Məsumə Ebtekarın əllə görüşmə fotoları İran dövlət televiziyasını rəzil edib
İranın dövlət televiziyası IRIB almaniyalı nazir Hendricks və İran prezidentinin müavini Ebtekarın görüşmə zamanı bir-birinin əl sıxması fotolarının sosyal medyada yayınlanmasından sonra adəti üzrə bir linç kampanyasına başlayıb. SİA-nın xarici media qurumlarına istinadən verdiyi məlumata görə, İran televiziyası saçları qısa kəsilmiş olan Alman nazir Hendricksi kişi zənn edərək "Ebtekar kişilərlə əllə görüşdü" deyə xəbər yayıb. Hadisədən sonra İran televiziyası olay barədə açıqlama-düzəliş vermək niyyətində olmaması isə Almaniya mətbuatında lağ kampaniyasının başlamasına start verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB