Gənclər üçün internet radiosu yaradılacaq

Gənclər üçün internet radiosu yaradılacaq

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində "Tələbə Radiosu" adlı layihəyə start verildi. SIA-nın xəbərinə görə, layihənin məqsədi gənclərin sosial problemlerini işıqlandırmaq, gəncləri yeni innovativ metodlar barədə məlumatlandırmaq, asudə vaxtı səmərəli təşkil etməkdir. Layihə çərçivəsində İnternet radiosu yaradılacaq. Bunun üçün 15 nəfər könüllü təlimlərə cəlb olunub. Təlimlərin sonunda radionun işçi heyəti müəyyənləşdiriləcək, veb sayt və yayım proqramı hazırlanacaq. Dinləyicilərə maarifləndirici proqramlar təqdim etmək, aktual məsələləri müzakirəyə çıxarmaq planlaşdırılır. Təlimlər vasitəsilə iştirakçılar media və menecment bilikləri, həmçinin real həyat təcrübəsi əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə