Deputatlarımız Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Deputatlarımız Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti oktyabrın 7-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Deputatlara parkda görülən işlər barədə məlumat verilib. Ümummilli Liderin adını daşıyan parkın yerli sakinlər və qonaqlar üçün əsl istirahət məkanı olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə