Konstitusiya Məhkəməsi toplandı

Konstitusiya Məhkəməsi toplandı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş K.Abbasovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 3-nə təyin edilmiş iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə