Sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə SİA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 124 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 388 380 893 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 243 -dir.
Sentyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB