Son zamanlar Azərbaycan qızlarının dil, irq, din fərqinə baxmadan əcnəbi vətəndaşlarla ailə qurmağa üstünlük verdiyini görürürük. Aparılan araşdırmalar da bu faktların xeyli sayda çoxaldığını gösərir. Əgər əvvəllər oğlanlarımız xarici qızlara maraqlı göstəridilərsə, hazırda qızlarımızın daha çox əcnəbi oğlanlarla nikaha daxil olmasını faktı ilə rastlaşırıq. Bəs səbəb nədir?
"Qızların əcnəbilərə üstünlük verməsinin səbəbi ailədə onlara edilən təzyiqlərdir"
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevt liqasının həqiqi üzvü, psixoloq Elnarə Eminova belə halların çoxalmasını ailədə qızlara qarşı edilən təzyiqlərlə əlaqələndirib. O bildirib ki, çağdaş dövrümüzdə qızların əcnəbilərlə nigaha daxil olmasına üstünlük verməsinin başlıca səbəbi onlara ailədə qoyulan qadağa və təzyiqlərin olmasıdır: "Bəzən gənclərlə nəinki ailə tərəfindən, eləcə də qohumlar tərəfindən müəyyən qadağalar qoyulur ki, bu da onları bezdirir. Ailələrimizdə bu problemi yaradan səbəblər isə onların cəmiyyətin fikrinə daha çox önəm verməsidir. Bir çox hallarda ailələri övladının həyata baxışına önəm vermir".
"Xaricdə təhsil alanların əksəriyyəti əcnəbi nikaha üstünlük verir"
Psixoloq qeyd edib ki, ölkəmizdə əcnəbilərlə ailə qurmağa meyl göstərənlərin əksəriyyəti xaricdə təhsil alan və oranın həyat tərzinə, mədəniyyətinə, qidasına uyğunlaşan gənclərimizdir: "Uşaqlıqdan xaricdə qalan və orada təhsil alan gənclər vətənə qayıtdıqdan sonra bizim mühitə heç cür adaptasiya ola bilmirlər. Onlara qayıtdıqları sıxıcı gəlir. Çünki orada onlara bunu et və eytmə kimi təzyiq edən olmayıb. Sərbəst şəkildə həyatlarını qurun şəxsləri qarşı tərəf sıxıb, müəyyən çərçivəyə salanda həmin şəxslər bunu qəbul etmirlər və bu səbədən də çıxış yolunu əcnəbi seçməkdə görürlər. Həmin şəxslər onlara təzyiq irəli sürən valideyndən fiziki və məsafə cəhətdən uzaq olmağa üstünlük verirlər".
"Bu cür ailələrin xoşbəxt olmasına təbii ki, onların öz əlindədir"
Qızlarımızın əcnəbilərə üstünlük verməsinin digər səbəblərindən söz açan E. Eminova qeyd edib ki, bəzən qızlarımız ailələrimizdə kişi-qadın bərabərliyi qorunmadığı səbəbindən əcnəbi nigaha üstünlük verirlər: "Ölkəmizdə milli dəyərlərə önəm verilir və bu səbəbdən qadağalarla böyüyən gənclər təzyiqlərdən yaxa qurtarmaq üçün daha çox əcnəbilərə meyl edirlər. Elə kişilər var ki, xanıma olan məsuliyyət ilə mənimsəməyi səhv salır, bu da qarşı tərəfdə şüuraltı aqresiya yaradır. Bu totemlər hətta fiziki gərginlik və somatik xəstəlikləri ortaya çıxardır. Belə hallar qarşı tərəfin istəklərini məhdudlaşdırdığı üçün ailədə soyuqluğun yaranmasına təkan verir. Ailədə kişi ilə qadın bərabər hüquqlu olduğunu deyirlər. Əslində isə əgər bizdə qadın və kişi iş sahibidirsə, istənilən halda qadın evə daha tez gəlməli, həyat yoldaşı gələnə qədər axşam yeməyini hazırlamalı və digər işləri yerinə yetiməlidir. Bu, Azərbaycan qadınları üçün müəyyənləşmiş bir qaydadır. Amma ölkə xaricinə nəzər saldıqda orada ərlə arvadın evə gəlişi eyni zamanda da ola bilir. Hətta onlar birgə şam yeməyi də hazırlaya bilirlər. Elə şəxslər var ki, onların xarakteri və həyat tərzi əcnəbilərlə daha uyğun gəldiyi üçün beynəlxalq nikaha üstünlük verirlər. Bundan əlavə, burada aşiq olma, uşaqlıqdan əcnəbi kişilərə meyillilik kimi faktorlar da ola bilər. O ki qaldı bu cür ailələrin xoşbəxt olmasına təbii ki, onların öz əlindədir. Kiminlə ailə qurmaq önəmli deyil, əsas olan ailə modelini və məsuliyyətini dərk etməkdir. Hər kəs nə istədiyini və hansı mövqedə olduğunu öncədən bilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB