Bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub FOTOLAR

Ərazi İlk partiya təşkilatında bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub
Bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırovun və YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyevin iştirakı ilə İ.Nəsimi adına ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda həmin ərazidə yaşayan seçicilərin Referendumda fəal iştirakı, Yeni Azərbaycan təşviqat qrupunun üzvlərinin işlərinin yüksək səviyyədə təşkil olunması barədə məlumat verilib.

Qeyd olunub ki, Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval –ruhiyyə ilə iştirak edirdilər.

Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – "Yaşasın Müstəqil Azərbaycan!" , "Həmrəy olaq – Hə deyək!" şüarlarının sədaları altında konsert-mitinq təşkil olunub meydana yürüş ediblər.

Konsert-mitinqdə Milli Məclisin deputatı Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və "Yeni Azərbaycan" təşviqat qrupunun digər üzvləri iştirak və çıxış ediblər.

Daşkəsən rayonunda keçirilən konsert-mitinq respublika incəsənət ustalarının, yerli musiqiçilərin ifasında vətənə, torpağa və Ulu öndərimizə aid musiqilərlə davam etdirilib, bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələcəklərini, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər.

Həqiqətən də rayonumuzdan olan seçicilər referenduma təklif olunan əlavə dəyişikliklərə çox yüksək faizlə "HƏ" dedilər.

Yığıncağın sonunda bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə