Zaman-zaman gülünc və məntiqsiz "fətva"larıyla gündəmə düşən dini radikal terror təşkilatı - "İŞİD" növbəti dəfə eyni vəziyyəti yaşayıb. SİA-nın məlumatına görə, bu barədə "Iraqi News" portalı işğal altında qalan bölgələrdən xəbər əldə edib. "Fətva"ya görə, müsəlmanlar bundan sonra pişik saxlamağa görə ciddi cəzalanacaqlar. Eyni zamanda bildirilib ki, hər kəs "fətva"ya" ciddi yanaşmalıdır. "Buna qarşı çıxanlara 150 şallaq zərbəsi vurulacaq"-deyə bildirilir.
İraq nəşri yazır ki, bu tipli "fətva"lar birinci dəfədir ki, verilmir. SİTAT: "İŞİD" terrorçuları demək olar ki, bütün sahələr üzrə gülünc qanunlar çıxarıb insanları öz sərsəm yaşam tərzlərinə məcbur etməyə çalışırlar".
Xatırladaq ki, bir müddət öncə, "İŞİD" qəhvəni, toyuq ətini də "haram" elan etmişdi. Qəhvənin narkotik tərkibli olması, toyuğun isə öz nəcisini yeməsi əsas gətirilərək gülünc "fətva"lar verilmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB