Külli miqdarda rus rublu aşkar edilib

Külli miqdarda rus rublu aşkar edilib

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə