158 yaşayış məntəqəsi qazlaşdırılıb

158 yaşayış məntəqəsi qazlaşdırılıb

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədi ilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub. SOCAR-dan SİA-ya verilən xəbərə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə