Azərbaycan Dillər Universitetində (ADU) Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Argentinaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün danışıq klubları (Club de Conversación) keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, səfirliyin konsulu Lisandro Basilico və təhsil məsələləri üzrə köməkçisi Tutu Yunusovanın rəhbərliyi ilə aparılan müzakirələr müxtəlif mövzuları, o cümlədən moda, iş dünyası, səyahətlər və mətbəxi əhatə edirdi. Argentinaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr adıçəkilən mövzular üzrəispan dilində müxtəlif sualları cavablandırdı və bu dilin Argentina variantında yeni sözlərə yiyələndilər.
Qeyd edək ki, oktyabr ayından etibarən ADU-da Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən müxtəlif formatlı məşğələlərin keçirilməsi nəzərdə tutulur. Həftənin çərşənbə günləri keçiriləcək növbəti danışıq klublarında müxtəlif mövzularda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB