Səhiyyədə ŞOK yenilik: 2017-ci ildə baş köçürülməsi əməliyyatı reallaşacaq.

Səhiyyədə ŞOK yenilik: 2017-ci ildə baş köçürülməsi əməliyyatı reallaşacaq.

2017-ci ildə baş köçürülməsi əməliyyatı reallaşacaq. Axar.az xəbər verir ki, bu sözü Turin Universitetinin professoru Sercio Kanavera deyib. Professor açıqlamasında artıq bu istiqamətdə hazırlıqların aparıldığını vurğulayıb: "Düzdür, yalnız heyvanlar üzərində təcrübələr aparmışıq, amma artıq bu əməliyyatın uğurlu alınması üçün nələr edilməli olduğunu bilirik". Qeyd edilib ki, alimlər iflic olan itin boynunu cərrahiyyə əməliyyatı edib. İki həftə keçəndən sonra it artıq müstəqil hərəkət edə bilib.

Həmçinin alimlər siçanlarda və siçovullar üzərində də təcrübələr aparıb. Əməliyyata məruz qalan siçanlardan yalnız biri sağ qalıb. Mütəxəssislər etiraf edir ki, bu cür əməliyyatı təkcə heyvanların üzərində aparmaqla dəqiq nəticəyə gəlmək mümkün deyil. Vyetnam rəsmi olaraq sözügedən əməliyyatın keçirilməsi üçün yer verməyə hazır olduğunu açıqlayıb. Əməliyyat təxminən 36 saat davam edəcək. Əməliyyat zamanı baş bədəndən cəmi bir saat ayrı olacaq. Xəstə bir ay sonra özünə gələ biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə