Zərərçəkən Qaradağ Rayon Məhkəməsindən narazıdır icaze almadan aktiv edilmesin!
"Şirxan Süleymanov Sahil-H.Z.Tağıyev qəsəbəsi magistral yolunun 36,2 kilometrliyində "KİA.RİO" markalı 90-KG-914 dövlət qeydiyyat nişanlı Rusiya federasiyasına məxsus "Volvo FH-12" yük maşınına (KOO3BC05) çırparaq "KİO.RİO"da sərnişin qismində əyləşən üç uşaq atası Kamilov Fərhad Haqverdi oğlunun ölümünə səbəb olub". Bunu SİA-ya ünvanladığı şikayət məktubunda yol-nəqliyyat qəzası nəticəsində dünyasını dəyişən Kamilov Fərhad Haqverdi oğlunun qardaşı Rəşad Kamilov qeyd edib.
Şikayətçi bildirir ki, baş vermiş cinayət işinin istintaqını aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol nəqliyyat hadisələrinə nəzarət işləri üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru Elşad Əmirov istintaqı birtərəfli aparıb: "Qarşıdan gələn "Volvo" markalı maşının kamerası olub. Ancaq müstəntiq Elşad Əmirov kameranın görüntülərini istintaq materiallarına əlavə etməyib".
Məhkəmənin gedişini izləmək üçün Qaradağ Rayon Məhkəməsində olsaq da prosesə sədrlik edən hakim Araz Kazımov bizim məhkəmənin işıqlandırılmasına icazə verdi. Mərhumun əmisi Kamal Kamilovla söhbətimizsə o məhkəmənin araşdırmasından narazı qaldıqlarını gizlətmədi. Bildirdi ki, hakim işin tam araşdırılmasına imkan vermir bu azmış kimi hadisə nəticəsində dünyasını dəyişən Fərhad Kamilovun qardaşı Rəşad Kamilov hədələnir: "Qəzanın səbəbkarı özündən razı formada məhkəmədə gəzib-dolanır. Mən bütün mediadan xahiş edirəm ki, bu məsələni işıqlandırsın, hadisəni törədən cəzasını alsın. Biz ölümlə nəticələnən hadisənin səthi araşdırılması ilə bağlı Baş Prokurora, Daxili İşlər Nazirinə, Ədliyyə Nazirinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə şikayət etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB