Azərbaycanda zəlzələ baş verib

Azərbaycanda zəlzələ baş verib

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 12:21:25-da qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 60 km olub. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə