Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır FOTOLAR

Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır FOTOLAR

21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır.

I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik 3 gediş,3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3.75 metr olmaqla yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 11.5 metrdir. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metr, çiyinlərin hər birinin eni isə 0.75 metr bərkidici zolaqlarla birgə 3.75 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1.5-2 metr enində piyada səkiləri də inşa edilib.

Tikinti layihəsinə uyğun olaraq yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 sm, qırmadaşlı əsas layın qalınlığı isə 27 sm-dir. Bundan başqa bitumlu əsas lay 15 sm, əlaqələndirici qat 8 sm, aşınma qat da 4 sm olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 sm-dir.

Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi qurulacaq, zəruri yol nişanları quraşdırılacaq, yolciqgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xatıqladaq ki, layihə üzrə 2014-cü ildə Qala-Pirallahı avtomobil yolunun tikintisi işləri Pirallahı istiqamətində aparılıb. Bu yolda tikinti işləri 7-ci km-lik hissədən başlanıb və 21,6-cı km-lik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib istifadəsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə