QDİƏT Parlament Məclisi bu gün Antalyada toplanır

QDİƏT Parlament Məclisi bu gün Antalyada toplanır

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, QDİƏT PM-nin hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında "Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu", iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə "QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar" mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər məsələlərə baxılacaq. Milli Məclisin deputatı müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə