Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin müvafiq əmri ilə Elşən Yəhyayev DAA mətbuat xidmətinin rəhbəri təyin olunub. Qurumdan SİA-ya verilən məlumat görə, Elşən Yəhyayev hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan Filologiyası fakültəsinin Jurnalistika ixtisası üzrə 4-cü kursda bakalavr təhsili alır. O, buna qədər uzun müddət müxtəlif mətbuat orqanlarda çalışıb. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib. E. Yəhyayev həmçinin Azərbaycan Kempo idman Federasiyasının da mətbuat katibliyi vəzifəsini icra edir.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası (DAA) adlı qurum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının qatılımı ilə qərarlaşdırılıb. Alman Federativ Respublikasının məhkəmə orqanının təsdiqi ilə dünya azərbaycanlılarının ilk beynəlxalq ictimai təşkilatı olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəsmən qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB