Bir gecədə valideynlərini, sonra 17 NƏFƏRİ ÖLDÜRDÜ

Bir gecədə valideynlərini, sonra 17 NƏFƏRİ ÖLDÜRDÜ

Çində baş vermiş əsrarəngiz qətl hadisəsi dünyanı şoka salıb. SİA "Metro" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı gənc, valideynlərini onun bank kartlarındakı borclarını ödəməkdən imtina etdiklərinə görə qətlə yetirib. Bundan sonra isə cinayətini gizlətmək məqsədilə, daha 17 nəfəri öldürüb. Qətl hadisələrinin hər biri Çinin Yunyan əyalətinin Yema qəsəbəsində həyata keçirilib. Ən kiçik qurbanın yaşı 3, ən böyüyünün isə 72 olub.

Qəsəbə sakinləri baş verənləri öyrəndikdən sonra şok keçiriblər. Bu barədə isə "Siuth China Morning Post" nəşri yazıb. Onlar qatil Yanq Kinq Pey haqqında dostqəlbli və sakit insan kimi danışıblar. Biiriblər ki, o heç vaxt kimləsə dalaşmayıb, mübahisə etməyib.

Yanq Kinq Peyin arvadı və qohumları vəhşicəsinə qətllərin onun tərəfindən törədildiyinə inanmadıqlarını bildirirlər. Lakin arvadı deyib ki, o həqiqətən də son zamanlar qohumlardan, tanışlardan kənar gəzir, evə lazım olan məhsulların alınması üçün az pul verirdi. Lakin bütün bunlara rəğmən, o həyatı boyu inanmazdı ki, əri bu cür cinayətə getsin.

Qatilin əmisi oğlu isə onun bir gecədə 19 nəfər insanı necə qətl etdiyini anlaya bilmir.

Lakin qatil hadisələri törətdiyini etiraf edib. Onun sözlərinə görə, valideynlərini öldürərkən, həddindən artıq əsəbiləşərək çılğınlıq hissləri keçirib. Yerdə qalan 17 nəfəri isə ona görə qətlə yetirib ki, bu hadisədən sonra məhz onun qatil olmasını kimsə anlamasın və polis başqa izə düşsün.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə