01.10.2016-cı il tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə "Avropa Şəhərciyi 2016" festivalı təşkil edilib. SİA-nın məlumatına görə, festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaq olmuşdur. Dənizkənarı Parkda, açıq havada təşkil edilən festivalda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da təmsil olunub.
Gənclər Fondu nümayiş etdirdiyi təbliğat və məlumat xarakterli materiallarla öz fəaliyyətini festival iştirakçılarının diqqətinə çatdırıb. Fondun fəaliyyəti əcnəbi qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB