Lerik rayonunda Gənc mədəniyyət işçilərin fəaliyyətinə həsr olunmuş görüş təşkil edilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Kollegiya iclasına hazırlıq məqsədi ilə 30 sentyabr 2016-cı il tarixində Lerik şəhərində Gənc mədəniyyət işçilərinin fəaliyyətinə həsr olunan görüş təşkil olunub.
Qeyd edək ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilmiş görüşdə Lerik rayonunun gənc mədəniyyət işçiləri ilə yanaşı Lənkəran, Astara və Cəlilabad rayonlarının mədəniyyət müəssisələri də təmsil olunub.
Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı səsləndirilən təkliflər ətraflı şəkildə müzakirə olunub. Müəssisələrin gündəlik fəaliyyətində müşahidə olunan çətinliklərin aradan qaldırılması və daha səmərəli təşkilinə xidmət edən təkliflər əsas müzakirə predmetlərdən idi.
Müzakirədə iştirak edən Mərkəzin əməkdaşları: Aygün Balabəyova, Pərvanə Hüseynova və Nurəddin Babayev rayon mədəniyyət müəssisələrinin metodiki mərkəz ilə daha sıx əməkdaşlıq əlaqələrinin vacibliyi ətrafında söhbət açaraq bu əlaqələrin imkanları barəsində məlumat veriblər.
Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri üçün Kollegiya iclasının vacibliyindən danışaraq mədəniyyətin ölkəmizin inkişafında böyük rol oynadığını qeyd edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB