Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən beynəlxalq tədbirdə iştirak edib. "Dialoq 2016" Beynəlxalq Gənclər Düşərgəsi Rusiya Federasiyasının gənclər və uşaqlar birliyinin Milli Şurası və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə baş tutub. Düşərgədə ARGTMŞ-ın üzvü olan "Bakı Gənclər Klubu" İctimai Birliyi və "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti" İctimai Birliyi təmsil olunub.
"Dialoq 2016" Beynəlxalq Gənclər Düşərgəsinin məqsədi gənclər arasında mədəni müxtəlifliyin dəyərinin və mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin fəallılığının artırılmasıdır.
Düşərgə ərzində iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması və inkişafı, cəmiyyətdə müsbət dəyişiklik imkanları haqqında müzakirələr aparıblar və bu istiqamətdə fəaliyyət strategiyası qurulub. Təlimlər zamanı həmçinin potensial liderlərin üzə çıxarılması və onların yerli icmalar ilə işləməsinin təmin edilməsinə dəstək olmaq prioritet məsələlərdən olub. Tədbirin mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Mədəniyyət gecəsində Azərbaycanın milli tarixi haqqında məlumat verilib, milli rəqsləri, milli musiqisi ifa edilib və milli mətbəxi nümayiş olunub.
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB