Hər il 1 milyon körpə ürək xəstəlikləri ilə doğulur

Hər il 1 milyon körpə ürək xəstəlikləri ilə doğulur

Dünyada ürək xəstəlikləri çoxalmaqda davam edir. SİA xarici media orqanlarına istinadən xəbər verir ki, ürək xəstəliklərinin artımı yalnız böyük insanlarda deyil, körpələrdə də müşahidə olunur. Bu xəstəliklər bir çox hallarda anadangəlmə olur. Belə ki, hər il dünyada 1 milyon körpə ürək xəstəlikləri ilə doğulur.

Qeyd edək ki, Türkiyədə isə hər il 13-15 min uşaq ürək xəstəlikləri ilə dünyaya göz açır. Məlumata görə, Türkiyədə hər min doğumun 8-də ürək xəstəliyi müşahidə olunur. Sözügedən ölkədə hazırda arasında uşaqların da olduğu 717 xəstə, uyğun ürək tapılmasını gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə